Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edib.
Daha.az xəbər verir ki orkestrin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimov, solistlər isə Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlıdır (violin).
Proqramda Ü.Hacıbəyli “Arazbarı”, Q.Qarayev “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən iki rəqs, W.A.Motzart Divertisment D-dur (I hissə), B.Britten “Sadə simfoniya”sın dan “Sentimental sarabanda” ( III hissə), A.Vivaldi “İlin fəsilləri” silsiləsindən “Yay”, J.S.Bach Brandenburq konserti N°3, G-dur, A.Piazzolla “Buenos-Ayresdə ilin fəsilləri silsiləsindən “Yaz”, F.Mendelssohn Simli simfoniya N°10, b-moll, F.Əmirov “Nizami” simfoniyası (Final), F.Bədəlbəyli “Dəniz”, T.Quliyev “Qaytağı” əsərləri səsləndirilib.




