İtalyan rəssam Maurizio Kattelanın dünya şöhrətli “Comedian” adlı sənət əsəri yenidən diqqət mərkəzindədir. Bir bananın divara yapışdırılması ilə yaradılan bu qeyri-adi əsər Fransanın şərqində yerləşən Centre Pompidou-Metz muzeyində bir ziyarətçi tərəfindən yenidən yeyilib.
Daha.az xəbər verir ki, təhlükəsizlik əməkdaşları hadisəyə sürətli və sakit müdaxilə edərək bir neçə dəqiqə ərzində divara yeni banan yapışdırıblar. Açıqlamada qeyd olunub ki, əsərdəki banan, sadəcə, müvəqqəti bir detaldır və rəssamın təlimatına əsasən, mütəmadi olaraq dəyişdirilir.
Hadisə ilə bağlı müəllif verdiyi açıqlamada ziyarətçinin bananın özünü sənət əsəri zənn etməsinə görə, məyus olduğunu bildirib. Onun fikrincə, əgər ziyarətçi, doğrudan da, sənət əsərini yemək istəsəydi, o zaman yalnız bananı deyil, onun qabığını və yapışdırıldığı lenti də yeməli idi.
“Comedian” artıq 4 dəfə yeyilməsi ilə “son 30 ilin ən çox yeyilən sənət əsəri”nə çevrilib.




