Əbdürrəhim bəy Haqverdiyevin əsərləri Ankarada

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti nəşr layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin pyesləri və teatr əsərləri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap edilib.

Daha.az xəbər verir ki, əsərlərin tərcüməçiləri türkiyəli gənc tərcüməçi Atabey Barış və azərbaycanlı alim Təranə Həşimovadır.

Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyevin pyeslərinin Türkiyə türkcəsində nəşri, həm Azərbaycan ədəbiyyatını öyrənmək arzusunda olanlar, həm də ədəbiyyatımızı tədqiq etmək istəyənlər üçün mühüm mənbə olacaq.

“Abdurrahim bey Hakverdiyevin tiyatro eserleri” (“Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”) adlı kitabda ədibin “Ac həriflər”, “Dağılan tifaq”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Ağac kölgəsində”, “Kimdir müqəssir”, “Ədalət qapıları” və başqa pyesləri öz əksini tapmışdır. Nəşrdə dramaturq Əbdürrəhim bəy Haqverdiyevin həyatı və ədəbi fəaliyyətini əks etdirəm fotolar də yer alır.

OXŞAR XƏBƏRLƏR