Dünyanın ən qədim mumiyaları aşkar edildi

Arxeoloqlar cənub-şərqi Asiya və cənubi Çində apardıqları qazıntılarda 12 min illik insan qalıqları tapıblar.
İndiyə qədər ən qədim mumiyalama Şilidə 7000 il əvvəl çinxorro xalqına, Misirdə isə 5600 il əvvəl baş verən dəfn ənənəsinə aid edilirdi. Yeni kəşf isə bu adətin Asiyada çox daha erkən başladığını göstərir.

Daha.az xəbər verir ki, tədqiqatçılar ölü bədənlərin duman və od vasitəsilə həftələrlə, hətta aylarla qurudulduğunu müəyyənləşdiriblər. Bu üsul Papua Yeni Qvineyadakı Dani xalqının dəfn mərasimlərinə bənzəyir.

Araşdırmada fərqli yerlərdən 4 min–12 min il əvvələ aid 54 qəbirdən 69 sümük nümunəsi analiz edilib. Çoxunda aşağı temperaturda yandırılma izləri, his qalıqları və kəsiklər aşkar olunub.

Alimlər hesab edirlər ki, bu ənənə yalnız ölü bədənləri qorumaq üçün deyil, həm də yaşayanlarla onların əcdadları arasında fiziki və mənəvi bağ yaratmaq üçün həyata keçirilib.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

OXŞAR XƏBƏRLƏR