23 avqust 1966-cı il tarixində NASA-nın pilotsiz Lunar Orbiter 1 zondu Ayın orbitindən Dünyanın ilk fotosunu çəkib.
Daha.az xəbər verir ki, tarixi əhəmiyyətli təsvirin bu il 59 yaşı tamam olur.
10 avqust 1966-cı il tarixində başlayan missiyanın əsas məqsədi Surveyor və Apollon üçün təhlükəsiz eniş yerlərini seçmək və yoxlamaq məqsədilə Ay səthinin yumşaq sahələrinin fotoşəkillərini çəkməkdən ibarət idi. Lakin missiya gözlənilməz və tarixi hadisə ilə nəticələnir. Missiyanın məqsədi bu olmasa belə, dünyanın Aydan çəkilən ilk fotoşəkili tarixə beləcə həkk olunur.
Qeyd edək ki, foto, təxminən, 380.000 km məsafədən çəkilib.




