Dünyanın ən yaşlı insanı britaniyalı Etel Keyterem 116 yaşını ailəsi ilə birlikdə qeyd edib.
Daha.az xəbər verir ki, o, 21 avqust 1909-cu ildə, Birinci Dünya Müharibəsindən beş il əvvəl İngiltərədə dünyaya gəlib.
Keyterem hazırda İngiltərənin Surrey bölgəsində qocalar evində yaşayır. Doğum günü münasibətilə onun ailəsi və yaxınları tərəfindən özəl tədbir təşkil olunub.
Etel xanım uzunömürlülüyünün sirrini isə belə izah edib: “Heç kimlə mübahisə etmirəm. Hər kəsi dinləyirəm, ancaq ürəyim nə istəyirsə, onu edirəm.”
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına əsasən, tarixdə qeydə alınan ən uzunömürlü insan 1997-ci ildə 122 yaş 164 günlük olarkən vəfat edən fransız Janna Kalman olub.