Bütün videooyun həvəskarları Almaniyanın Köln şəhərində açılan Gamescom oyun sərgisinə axın edir.
Daha.az xəbər verir ki, bu, dünyanın ən nəhəng videooyun sərgisi hesab olunur.
1500-dən çox iştirakçının öz işlərini sərgilədiyi tədbirə ümumilikdə 300000-dən çox ziyarətçinin gələcəyi gözlənir.
Qeyd edək ki, açılış mərasimində – canlı yayımda təqdim edilən “Call of Duty: Black Ops 7” videooyunu böyük diqqətə səbəb olub.
Sərgidə oyun icmalları, demo versi yalar, həm pərəstişkarlar, həm də sənayenin təmsilçiləri üçün müxtəlif sürprizlər təqdim olunacaq.




