“Titanik”dən sağ çıxan şəxsin məktubu hərracda 400 min dollara satılıb.
Daha.az xəbər verir ki, məktub polkovnik Arçibald Qreysə məxsusdur.
Palkovnik məktubda sonacan gözləyəcəyini qeyd edib:
“Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm.”
Qeyd edək ki, 10 aprel 1912-ci ildə yazılmış məktub gözlənilən qiymətdən 5 dəfə baha satılıb.




