Yaponiyanın məşhur animasiya filmi “Demon Slayer: Sonsuzluq Qalası” dünya üzrə 555 milyon dollar gəlir əldə edərək bütün dövrlərin ən çox qazanc gətirən animasiya filmi kimi qeydə alınıb.
Daha.az xəbər verir ki, film 62 ölkədə 53,3 milyon dollar qazanıb. Cənubi Koreyada gəlir 37,3 milyon dollar, Tayvanda isə 25 milyon dollar olub.
Hazırda beynəlxalq bazarda ümumi gəlir 451 milyon dollar, Şimali Amerikada isə 104 milyon dollar təşkil edir.
Qeyd edək ki, “Sonsuzluq Qalası” “Demon Slayer” trilogiyasının ilk filmi sayılır və ailəsinin intiqamını almağa çalışan gənc ovçunun hekayəsini əks etdirir.