Manisanın Yunusemre rayonunun Yuntdağı bölgəsində yerləşən və eramızdan əvvəl VIII əsrə qədər gedib çıxan Aigai antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı yunan mifologiyasında bolluq və bərəkət allahı sayılan Demeterə həsr olunmuş məbəd aşkarlanıb.
Daha.az xəbər verir ki, aparılan tədqiqatlarda məlum olub ki, Aigai şəhəri indiyədək Afina və Apollona aid məbədlərlə yanaşı, üçüncü dini mərkəzə də ev sahibliyi edib.
Helenistik dövrə aid və iki otaqdan ibarət olan bu məbədin içərisində miniatür su qabları aşkar edilib. Alimlər bildirib ki, bu qablar Demeterə edilən nəzirlərin bir hissəsidir və qədim sakinlər məbəddə nəzir kimi su təqdim edərək məhsuldarlıq və bərəkət diləyiblər. İndiyədək, təxminən, minə yaxın miniatür su qabı tapılıb və bu, Aigai xalqının tanrıya verdiyi xüsusi əhəmiyyəti ifadə edir.



