Hollivudun gənc ulduzlarından olan Ostin Batler rejissor Darren Aronofskinin “Cinayət üstündə həbs” adlı yeni filmi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
Daha.az xəbər verir ki, Baz Lurmannın “Elvis” filmi ilə məşhurlaşan gənc aktyor bir çox filmlərində metod aktyorluğu üsuluna üz tutur. Batler bu filmdə də canlandırdığı Henk obrazını daha yaxşı anlamaq üçün çəkilişlərdə obrazın evi olaraq istifadə olunan məkanda gecələəyib.
Nümayişi avqustun sonunda olacaq filmdə Batlerlə yanaşı, Regina Kinq, Zoe Kravitz, Mett Smit, Liv Şrayber kimi məşhur aktyorlar da rol alır.
Qeyd edək ki, 1998-ci ildə cərəyan edən filmdə Nyu-Yorkun yeraltı cinayətkarlar dünyasına qoşulmuş keçmiş beyzbol oyunçusunun başına gələn hadisələr təsvir olunur.





