Danimarka kinosunun aparıcı simalarından olan tanınmış rejissor və prodüser Per Holst 86 yaşında vəfat edib.
Daha.az xəbər verir ki, Per Holst yuxuda dünyasını dəyişib.
Holst karyerası boyunca Lars fon Trier, Nils Malmros və Bille Avqust kimi məşhur rejissorlarla əməkdaşlıq edərək 50-dən çox filmə imza atıb. O, həm rejissorluq, həm də prodüserlik fəaliyyəti ilə Danimarka kinosunun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Per Holst 1997-ci ildə Berlin Beynəlxalq Film Festivalının münsiflər heyətinin üzvü olub və bir çox digər festivallarda Danimarka kinosunu təmsil edib. O, həmçinin özünün prodüserlik şirkətini quraraq gənc kinematoqraflara dəstək verib.




