Cudi Fosterin “Uçuş planı”

Cudi Fosterin 20 il əvvəl ekranlara çıxan psixiloji trilleri Netfliksdə yenidən populyarlıq qazanıb.

Daha.az xəbər verir ki, 2005-ci ildə 223 milyon dollar gəlir gətirən film yenidən tamaşaçı marağına səbəb olub.

1988-ci ildə hüquq dramı “Müttəhim” filmiylə birinci, 1991-ci ildə isə psixoloji triller “Quzuların səssizliyi” ilə ikinci Oskar mükafatını qazanan Foster 1990-cı illərdə fərqli janrlarda filmlərə çəkilib.
Çox güman ki, şüurlu şəkildə triller filmlərindən uzaq durmağının səbəbi digər layihələrdə də “Quzuların səssizliyi” filmindəki Klaris Starlinq personajının təkrarlanması idi. Ancaq aktrisa 2002-ci ildə Devid Finçerin “Panika otağı” filmiylə yenidən triller janrına qayıtdı. 2005-ci ildə “Uçuş planı” ilə yenidən kamera qarşısına keçdi.

Robert Şventkenin çəkdiyi “Uçuş planı” qızını itirən bir ananın həm qızını tapmaq, həm də dəli olmadığını sübut etməyə çalışmasından bəhs edir. Sözügedən film keçən həftə Netfliksdə 6,2 milyon izlənib.

OXŞAR XƏBƏRLƏR