“Çikaqo” müziklinin premyerası olub

“Çikaqo” kult müziklinin premyerası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında reallaşıb. Tamaşada rolları Azərbaycan caz ulduzları ifa ediblər.

Daha.az xəbər verir ki, müzikl iyirminci yubiley festivalı üçün xüsusi olaraq hazırlanıb və Bakı tamaşaçıları üçün uyğunlaşdırılıb. Layihənin rejissoru Əziz Əzizovdur, baş rolları isə Orxan Ağayev (Billi Flin), Diana Hacıyeva (Roksi Hart), Dilarə Kazımova (Velma Kelli) və Ülviyyə Rəhimova (“Mama” Morton) ifa ediblər.

Qeyd edək ki, “Вaku Jazz Festival-2025” oktyabrın 31-dək davam edəcək. Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festivalın açıq məkanlardan tutmuş kamera salonlarına qədər olan meydançalarında konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar və tanınmış musiqi bloqçuları ilə görüşlər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR