OpenAI şirkətinin məşhur süni intellekt modeli ChatGPT son yenilənmədən sonra “istifadəçilərlə nəzakətli davranmadığına” görə tənqidlərə məruz qalıb. İstifadəçilərin reaksiyasına cavab olaraq şirkət ChatGPT-ni daha səmimi və pozitiv üslubda yeniləyəcəklərini bildirib.
Daha.az xəbər verir ki, şirkət GPT-5-in daha nəzakətli olacağını, chatbotun artıq istifadəçilərə “Gözəl sualdır”, “Yaxşı başlanğıcdır” kimi səmimi ifadələrlə cavab verəcəyini açıqlayıb.
OpenAI bu dəyişikliklərin yaltaqlıq yox, insani ünsiyyətə yaxınlıq yaratmaq məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, OpenAI bu ay GPT-5 modelini təqdim etmiş və bu versiyanın chatbotunu daha funksional və insana yaxın hala gətirəcəyini açıqlamışdı. Lakin bir çox istifadəçi yeni versiyanın çox rəsmi və soyuq olduğunu, əvvəlki “dostcasına” üslubdan uzaqlaşdığını bildirmişdi.