OpenAİ şirkəti platformanın təhlükəsizliyini artırmaq məqsədilə böyüklərdən də kimlik və yaş təsdiqi tələb oluna biləcəyini açıqlayıb.
Daha.az xəbər verir ki, bunun gizlilik baxımından müəyyən narahatlıqlar yarada biləcəyi etiraf olunsa da, qərarın bir gəncin intiharı ilə bağlı şirkətə açılan məhkəmə işindən sonra gündəmə gəldiyi vurğulanır.
OpenAİ hazırda yetkinlik yaşına çatmayanlar üçün avtomatik yaş yoxlaması və valideyn nəzarəti sistemi üzərində işləyir.
13–18 yaşlı istifadəçilər yalnız məhdudlaşdırılmış versiyadan yararlana biləcək. Bu versiyada +18 söhbətlər olmayacaq, intihar və özünə zərər mövzularına isə sistem reaksiya göstərərək valideynlərə və ya birbaşa aidiyyəti qurumlara məlumat ötürüləcək.
Şirkət valideyn nəzarəti sisteminin gələn ay istifadəyə veriləcəyini açıqlayıb. Qeyd edək ki, bu tədbirlərlə ChatGPT-nin “hər kəs üçün daha təhlükəsiz” olacağı nəzərdə tutulub.




