Chat GPT “beyin çürüməsi”nə səbəb olur

ChatGPT “beyin çürüməsi”nə səbəb olur.

Daha.az xəbər verir ki, süni intellekt istifadəçilərinin 83,3%-i bir neçə dəqiqə əvvəl yazdıqları bir cümləni də xatırlaya bilmir. İstifadə etməyənlər isə əksinə, xatırlamaqda heç bir çətinlik çəkmirlər.

Bu nəticə Massaçusets Texnologiya İnstitutunun bu yaxınlarda ChatGPT istifadəçilərinin beyinlərini skan edərək apardığı araşdırmada məlum olub. Dörd aylıq araşdırmaların nəticəsi onu göstərib ki, süni intellektin uzun müddətli istifadəsi beyin funksiyasını artırmaq əvəzinə, onu ciddi şəkildə passivləşdirir.

Araşdırma qrupu süni intellekt istifadəçilərinin beyin və sinir fəaliyyətində 47% kəskin azalma müşahidə ediblər.

Araşdırmanın növbəti seanslarında ChatGPT-dən istifadəni dayandırdıqdan sonrakı dəyişiklik müşahidə edilib. Məlum olub ki, onların performansı heç vaxt süni intellektdən istifadə etməyənlərin performansına bir daha çata bilmir.

Nəticəyə görə, ChatGPT asılılıqdan daha çox idrak qabiliyyətinin pozulmasına səbəb olur!

Belə ki, ChatGPT istifadəçiləri tapşırıqları 60% daha sürətli yerinə yetirsə də, süni zəka öyrənmək üçün tələb olunan zehni gücü 32% azaldır. Buna səbəb isə insanın suallara artıq asan yoldan cavablar alması, düşünməyi və öyrənməyi dayandırmasıdır.
OXŞAR XƏBƏRLƏR