Göz oxşayan mənzərələri və sakit atmosferi ilə milyonlarla turistin səyahət siyahısında olan bəzi çimərliklər, əslində, təhlükəli ərazilər kimi ad çıxarıb. Dünyanın müxtəlif bölgələrində yerləşən bu sahillər zəhərli canlılar, köpəkbalığı hücumları, güclü axıntılar və hətta radiasiya kimi təhlükələrlə “cəsarət tələb edən” məkanlara çevrilib.
Daha.az dünyanın ən təhlükəli çimərliklərini təqdim edir.
Yeni Smirna çimərliyi – Florida, ABŞ
Balına hücumlarının ən çox qeydə alındığı bölgələrdən biridir. 1880-ci ildən bu yana 300-dən çox hücum baş verib.
Hanakapaai Çimərliyi – Havay, ABŞ
Kauai adasında yerləşən bu sahilə yalnız piyada getmək mümkündür. Xüsusilə, qış aylarında güclü dalğalar və axıntılar ölüm riski yaradır. Sahildə indiyə qədər neçə nəfərin həyatını itirdiyi ilə bağlı xəbərdarlıq lövhəsi yerləşdirilib.
Qansbaai – Cənubi Afrika
“Shark Alley” (Köpəkbalığı keçidi) kimi tanınan bu bölgədə dalğıc turizmi məşhurdur. Lakin yırtıcıları cəlb edən yemlərlə dolu olan suda üzmək çox risklidir.
Cape Tribulation – Avstraliya
Zəhərli meduzalar və duzlu su timsahları bu bölgədəki əsas təhlükələrdəndir. Çimərlikdə xüsusi xəbərdarlıq lövhələri yerləşdirilib.
Playa Zipolite – Meksika
“Ölüm çimərliyi” kimi tanınır. Güclü və ani axıntılar səbəbindən boğulma halları tez-tez baş verir.
Morecambe Körfəzi – Böyük Britaniya
Hərəkətli qumu, ani dəyişən axıntıları ilə batmaq riski yüksəkdir. Yerli sakinlər belə yalnız xüsusi nəqliyyat vasitələri ilə daxil olurlar.
Mirtle Çimərliyi – Cənubi Karolina, ABŞ
Yüksək cinayət hadisələrinin çoxluğu ilə diqqət çəkir. 2023-cü ilin statistikasına görə, hər 100.000 nəfərdən 1000-i zorakılığa məruz qalıb.

Kitaizumi Çimərliyi – Yaponiya
Fukuşima nüvə fəlakətindən sonra illərlə qapalı qaldı. 2019-cu ildə yenidən açıldı, lakin radiasiya qorxusu səbəbilə ziyarətçilərin sayı xeyli azalıb.
Fraser Adası – Avstraliya
Təbiətinin gözəlliyi ilə tanınan bu ada, vəhşi dingo itlərinin hücumları ilə gündəmə gəlib. Son illərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Amazon Çayının sahilləri – Cənubi Amerika
Anakonda, elektrikli balıqlar, pirana və naxayabənzərlər kimi təhlükəli balıqlarla doludur. Qeyri-qanuni fəaliyyətlər də bölgəni riskli edir.
Northern Territory (Şimal ərazisi) – Avstraliya
Arnhem Land bölgəsində zəhərli canlılar və timsahlar adi hal sayılır. Yardım xidmətlərinin gecikməsi riski daha da artırır.
Ehukai Beach Park – Havay, ABŞ
Peşəkar sörfçülər üçün məşhur olan bu çimərlik, eyni zamanda dayaz mərcan qayalıqları ilə təhlükə yaradır.
Mütəxəssislər xəbərdarlıq edir ki, tətil planı edənlərin bu kimi bölgələrə səyahət etmədən öncə təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə nəzərdən keçirməsi və ehtiyat tədbirləri görməsi vacibdir. Çünki bəzi çimərliklər hər nə qədər cənnət kimi görünsələr də, ölümcül təhlükələrlə doludur.




