Busan Asiya Film Məktəbi (AFiS) 2025-ci il üzrə Beynəlxalq Film Biznesi Akademiyasına (IFBA) yeni iştirakçılar qəbul edir.
Daha.az xəbər verir ki, Beynəlxalq Film Biznesi Akademiyası film istehsalı sahəsində ixtisaslaşmış tədris proqramıdır və 2017-ci ildən etibarən hər il Busan Asiya Film Məktəbi tərəfindən keçirilir.
Bu proqram çərçivəsində Asiyanın müxtəlif ölkələrindən çəkiliş təcrübəsi olan təxminən 20 film istehsalçısı seçiləcək. Proqramın məqsədi, peşəkar prodüserlərin yetişdirilməsidir. Tədris proqramına tammetrajlı film layihəsinin hazırlanması ilə yanaşı, investisiya, film siyasəti, marketinq və yayım kimi mövzuları əhatə edən mühazirələr daxildir.
76-cı Lokarno Film Festivalının müsabiqə bölməsinə dəvət almış ‘Rapture’ (2023) və ‘White Building’ (2021), 78-ci Venesiya Film Festivalında iştirak etmiş ‘White Building’ (2021) filmləri məhz IFBA proqramları çərçivəsində inkişaf etdirilmişdir. Bu kimi real nəticələr Busan Asiya Film Məktəbinin beynəlxalq ortaq istehsal üçün peşəkar prodüserlər hazırlamaq sahəsində nə qədər səmərəli bir institut olduğunu sübut edir. Bundan əlavə, 2023- cü ildə Busan Beynəlxalq Film Festivalında Yeni Cərəyanlar Mükafatını qazanmış The Wrestler (2023), Kann Film Festivalında Xüsusi Mükafat almış Lori (2022) filmlərini də nümunə çəkmək olar.

Kursun müddəti 7 ay olmaqla 2026-cı ilin mart-oktyabr aylarını əhatə edir. Müraciətlər 15 oktyabr – 12 noyabr (2025-ci il) aralığında qəbul edilir.
Layihə barədə ətraflı məlumat və rəsmi sayt: http://www.afis.ac/Index.do




