“Bu, şairləri alçaltmaqdır!” – Mahnı sözlərini ədəbi mətn hesab etmək olar?

“Biz mahnı sözlərinin də ədəbi mətn olduğunu bilirdik, amma bunu dünyaya 2016-cı ildə Nobel Ədəbiyyat Mükafatı ilə Dilan xatırlatdı.”

Daha.az xəbər verir ki, bu sözləri məşhur yazıçı Muradxan Munqan X platformasında yazıb.

Onun fikri birmənalı qarşılanmayıb. Belə ki, məşhur ədəbiyyatçılar arasında “Mahnı sözlərini ədəbi mətn hesab etmək olarmı? sualı ətrafında mübahisə yaşanıb.

Yazıçı Mətin Cəlalın sözlərinə görə, mahnı sözləri ciddi bədii mətn hesab edilə bilməz:

“Nobel komitəsi Dilana mükafat verməklə ABŞ-in şairlərini təhqir etmək, alçaltmaq istədi. Bir neçə il sonra səhvlərini anlayıb mükafatı həqiqi bir şairə – Luiza Qlükə verdilər.”

 

OXŞAR XƏBƏRLƏR