Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Daha.az xəbər verir ki, builki Beynəlxalq Savadlılıq Günü “Rəqəmsal dövrdə savadlılığın təşviqi” devizi altında keçirilir.
Rəqəmsallaşma prosesi insanın təhsilini, yaşayışını, işləməsini və ünsiyyət tərzini dəyişir. Bu dəyişikliklər müsbət də ola bilər, mənfi də – hər şey rəqəmsal texnologiyalardan necə istifadə edilməsindən asılıdır. Rəqəmsal texnologiyalar insanIarın təhsil imkanlarını genişləndirə bilər.
Rəqəmsal əsrdə savadlılıq rəqəmsal məzmuna daxil olmaq, anlamaq, qiymətləndirmək, yaratmaq və istifadə etmək, eləcə də onunla təhlükəsiz və uyğun şəkildə qarşılıqlı əlaqədə olmaq imkanı verir. Savadlılıq həm də tənqidi təfəkkürün inkişafı, etibarlı məlumat mənbələrinin müəyyən edilməsi və mürəkkəb informasiya mühitlərində istiqamət üçün mühüm vasitəyə çevrilir.
Qeyd edək ki, rəqəmsal savadlılıq informasiya təhlükəsizliyini təmin etmək baxımından da əhəmiyyətlidir.