Belçikanın paytaxtı Brüssel ilk müasir incəsənət muzeyinə qovuşmağa hazırlaşır. Əvvəllər avtomobil qalereyası olan 90 illik modernist bina 2026-cı ilin noyabrında ictimaiyyətə açılacaq.
Daha.az xəbər verir ki, layihə KANAL Fondu və Fransanın məşhur Centre Pompidou muzeyi tərəfindən həyata keçirilir. Muzeydə həm yerli kolleksiyalar, həm də Pompidoudakı əsərlər nümayiş olunacaq. Bundan əlavə, teatr, rəqs, musiqi performansları, həmçinin uşaq meydançası, kitabxana və restoran da fəaliyyət göstərəcək.
Layihənin məqsədi Brüsseldəki müxtəlif sosial, dini və mədəni qrupları incəsənət və mədəniyyət vasitəsilə bir araya gətirməkdir. Tikinti və bərpa işləri 2018-ci ildən başlayıb və layihənin ümumi dəyəri artıq 235 milyon avroya çatıb.
Qeyd edək ki, muzey ancaq sərgi kimi fəaliyyət göstərməyəcək, ətrafdakı kasıb və multikultural məhəllələrdə sosial layihələrlə də məşğul olacaq. Artıq bəzi məktəblərlə birlikdə bir sıra divar rəsmləri layihəsi həyata keçirilib.
2026-cı ilin ilk aylarında – rəsmi açılışdan muzeyin mədəni proqramı ictimaiyyətə açıqlanacaq.




