Muğlanın Bodrum bölgəsində yerləşən, e.ə. 4-cü əsrdə Halikarnas kralı Mausolos tərəfindən tikilən Qədim Mindos qapısı turizm mövsümünün ilk günlərindən etibarən zibilliyə və tualetə çevrilib.
Daha.az xəbər verir ki, Böyük İsgəndərin aylarla davam edən mühasirəsinə baxmayaraq, zəbt edə bilmədiyi və 17 qədim məzarın olduğu bu tarixi məkana gələn turistlər zibil və üfunətli qoxulara görə oranı gəzə bilmədikləri üçün geri qayıdırlar. Bu vəziyyət bələdçilərin də etirazına səbəb olub.
Qeyd edək ki, antik Mindos qapısı 2008-ci ildə bərpa edilsə də, yenə pis vəziyyətdədir.