Bioloji ölümsüzlük – Meduzanın əbədilik sirri

Turritopsis dohrnii adlı dəniz meduzası “bioloji ölümsüzlük” qabiliyyətinə malik yeganə orqanizmdir. 

Daha.az xəbər verir ki, kiçik, şəffaf meduza növünə mülayim sularda, əsasən, Aralıq dənizi və Yapon dənizində rast gəlinir.
İlk dəfə 1883-cü ildə öyrənilsə də, onun ölümsüzlük qabiliyyəti 1990-cı illərdə İtaliyan alimləri tərəfindən kəşf edilib.

Belə ki, turritopsis dohrnii təhlükə hiss edəndə, yaxud yaşlananda, bir növ, ömrünü tərsinə çevirir. O, yetkin meduza formasından geriyə – polip mərhələsinə qayıdır. Bu prosesə transdiferensiasiya deyilir – yəni hüceyrələrin bir növdən digər növə çevrilməsi.

Qeyd edək ki, söhbət “bioloji ölümsüzlük”dən gedir, yəni canlı yaşlandığı üçün, təbii yolla ölmür. Lakin bu o demək deyil ki, Turritopsis dohrnii əbədi yaşayır. O, yırtıcılar tərəfindən yeyilə, xəstəliklərə yoluxa və ya ətraf mühitdəki ciddi dəyişikliklər nəticəsində məhv ola bilər. Lakin bioloji baxımdan – hüceyrə səviyyəsində o, təkrar-təkrar doğulma qabiliyyətinə malikdir.

OXŞAR XƏBƏRLƏR