BIAF 2025: Venesiyanın ruhu Bakıda

Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində “Cirque du Soleil”, Olimpiya mərasimləri və aparıcı beynəlxalq teatrlar üçün quruluşların müəllifi, əfsanəvi rejissor Daniele Finzi Paskanın “TITIZÉ – A Venetian Dream” tamaşası nümayiş etdirilib.

Daha.az xəbər verir ki, “Commedia dell’Arte” ənənələrini və əks-sədalarını səhnə avadanlığı da daxil olmaqla, valehedici kombinasiyalardakı innovasiya ilə birləşdirən şouda 46 ölkəyə qastrol səfəri edən məşhur “Compagnia Finzi Pasca”dan 10 müxtəlif janrlı aktyor, akrobat və musiqiçi iştirak edir.

Qeyd edək ki, festival 16 noyabr 2025-ci il tarixinədək davam edəcək.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR