Vyetnamda beysbol papağının taxılması qadağan edilib. Yeni qərara əsasən, turistlər də daxil olmaqla bu növ papaq taxan şəxslərə 2800 avroya qədər pul cəzası kəsilir. Hava limanlarında və gömrük məntəqələrində qadağa ilə bağlı xəbərdarlıq lövhələri yerləşdirilib.
Daha.az xəbər veri ki, ölkə 1955–1975-ci illərdə baş vermiş qanlı Vyetnam müharibəsini xatırladan bütün simvol və fiqurları qadağan etməyə qərar verib. Son qadağa isə beysbol papaqlarına şamil olunub.
Vyetnam müharibəsinə aid simvollar və ya ifadələr daşıyan geyimlər təxribat xarakterli sayılır. Xüsusilə, həmin dövrü xatırladan hərbi üslublu geyim əşyalarına qarşı ciddi tədbirlər görülür.
Qeyd edək ki, Vyetnam hökuməti ölkə daxilində müharibəni və xarici güclərin bu prosesdəki iştirakını xatırladan istənilən simvola qarşı məhdudiyyətlər tətbiq edir.




