8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub.
Daha.az xəbər verir ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM” MMC tərəfindən təşkil olunub.
Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film qeydiyyatdan keçib.
Qeyd edək ki, sentyabrın 7-dək davam edəcək “ANİMAFİLM-2025”in mövzusu “Pişiklər”dir.