Bayö qobeleni Britaniyada

Normanların 1066-cı ildə İngiltərəyə hücumunu əks etdirən, uzunluğu 70 metr olan Bayö qobeleni 2026-cı ilin sentyabrından 2027-ci ilin iyuluna qədər Britaniya muzeyində nümayiş etdiriləcək.

Daha.az xəbər verir ki, Vilyamın İngiltərəni fəth etməsi ilə nəticələnən hadisələri təsvir edən bu əvəzsiz sənət əsərinin Bayö şəhərinin yepiskopu Odo tərəfindən sifariş edildiyi güman olunur. Qobelen bu vaxta qədər Fransanın müxtəlif şəhərlərində, sonuncu dəfə isə Normandiyadakı Bayö Muzeyində sərgilənib.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində Britaniya muzeyi də Fransaya qiymətli eksponatlar təqdim edəcək. Bunların arasında VII əsrə aid Anqlo-Sakson dövrünə məxsus Sutton Hoo gəmi məzarlığından tapılmış artefaktlar da var.

Qeyd edək ki, Fransaya veriləcək digər dəyərli eksponatlar arasında Şotlandiyanın Lyuis adasında tapılmış və XII əsrə aid olduğu düşünülən məşhur Levis Şahmat fiqurları da var. Sirli orta əsr fiqurları morj dişi və balina sümüyündən oyulub.

OXŞAR XƏBƏRLƏR