Bakıda çex müəlliflə görüş keçirilib

“Əli və Nino” kitab mağazası məkanında çex müəllifi Liliya Gerberlə ədəbi görüş keçirilib. 

Daha.az xəbər verir ki, tədbir zamanı Çexiyada yaşayan və fəaliyyət göstərən rəssam Olqa Ağamalıyevanın neyroqrafik rəsmləri ilə illüstrasiya edilmiş “Sevgi labirintləri” adlı yeni şeirlər toplusu təqdim olunub.

Poeziyasevərləri və şəhərin yaradıcı ictimaiyyətinin nümayəndələrini bir araya gətirən ədəbi tədbir görüş çərçivəsində müəllif və illüstrator qonaqlara salamlama nitqi ilə müraciət ediblər, toplunun yaradılmasından bəhs ediblər, bir neçə əsəri oxuyublar.

 

OXŞAR XƏBƏRLƏR