Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Teatr Xadimləri ittifaqı və “Emedia Group” media təşkilatının birgə təşkilatçılığı ilə 2026-cı il 10–17 mart tarixlərində Bakıda “2-ci Uşaq Teatrı Festivalı” keçiriləcək.
Daha.az xəbər verir ki, Milli Teatr Gününün 153-cü ildönümünə həsr olunan festival 6–14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və Azərbaycanla yanaşı, müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edib.
Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi isə Tural Əliyevdir.
Qeyd edək ki, budəfəki festivalın ən mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir.




