Bakı Kitab Mərkəzində “Zəfər sevinci”

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı ədəbi-musiqili gecə təşkil olunub.

Daha.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları və bəstəkar əsərləri səsləndirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini əks etdirən videoçarx nümayiş olunub.

OXŞAR XƏBƏRLƏR