2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə açıq havada “Əhməd haradadır?” filminin nümayişi keçiriləcək.
Filmin nümayişi saat 20:00-da Dənizkənarı Bulvarda – Dövlət Kukla Teatrının yaxınlığında baş tutacaq.
Qeyd edək ki, giriş sərbəstdir.