Bədii ədəbiyyat üzrə qadın mükafatı (“Women’s Prize for Fiction”) mükafatının qalibi məlum oldu.
Daha.az xəbər verir ki, ədəbiyyat mükafatının builki qalibi hollandiyalı yazıçı Yael van der Vudendir.
Yazıçı mükafatı “The Safekeep” (“Əmanət”) kitabına görə alıb.
2024-cü ilin Booker Mükafatının siyahısına da daxil edilən “Əmanət”də hadisələr müharibədən sonrakı dövrdə holland kəndində baş verir.
Qeyd edək ki, Bədii ədəbiyyat üzrə qadın mükafatı istənilən millətdən olan qadın tərəfindən ingilis dilində yazılan və mükafatın təqdim edilməsindən bir il əvvəl Böyük Britaniyada nəşr olunan ədəbi əsər (roman) üçün verilən ən nüfuzlu mükafatlardan biridir. Mükafat 1996-cı ildən bəri verilir. Mükafat qazananlara 30.000 funt sterlinq və heykəltaraş Qrizel Nayvanın düzəltdiyi “Bessie” bürünc heykəlciyi verilir.