Azərbaycanlı ssenarist və aktyor beynəlxalq mükafat qazanıb

Aktauda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə təşkil olunan Türk Dünyası “Korkıt Ata” Beynəlxalq Film Festivalı baş tutub.

Daha.az xəbər verir ki, festivalın proqramına 47 film daxil edilib. Beynəlxalq münsiflər heyəti müxtəlif janrlarda layihələri qiymətləndirib.

Taleh Yüzbəyov “May be” filminin ssenarisinə görə “Ən yaxşı ssenari” mükafatını qazanıb.

Pərviz Məmmədrzayev “Oil” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub.

OXŞAR XƏBƏRLƏR