“Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici işıq üzü görüb. AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxan nəşr “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Daha.az xəbər verir ki, kitabda Azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. toplanılıb. Burada materiallar illər üzrə və əlifba sırası ilə verilib.
Nəşr XX əsrin əvvəllərindən etibarən milli ədəbi-ictimai fikirdə əsas yer tutmuş, müstəqillik illərində isə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət ideologiyası səviyyəsinə qaldırılmış və dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzi olan Azərbaycançılığa, eləcə də “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfədir.
Azərbaycan, rus və digər dillərdə materialların yer aldığı biblioqrafik göstərici elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




