Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan uşaq yazarı, professor Solmaz Amanovanın “İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr edilib.

Daha.az xəbər verir ki, kitabda dostluq, dürüstlük, mərhəmət, ailə sevgisi kimi insani dəyərlər sadə, uşaqların anlayacağı dildə təqdim olunur. Rəngarəng illüstrasiyalar isə balaca oxucuların təxəyyülünü canlandırır, hekayələri daha da yaddaqalan edir.

Qeyd edək ki, “İlmənin macəraları” kitabı Türkiyə türkcəsinə tərcüməçi, pedaqoq, Konya Selcuq Universitetinin dosenti Təranə Həşimova tərəfindən çevrilib.

 

OXŞAR XƏBƏRLƏR