“Azərxalça” brendinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən hər bir müştəriyə “AzerGold” QSC-nin istehsalı olan və üzərində Qarabağ xalçaçılıq məktəbinə məxsus “Qasımuşağı və “Çələbi” xalçasının ornamentlərinin həkk edildiyi “Laçın” və “Qarabağ xalçası – Çələbi” gümüş sikkələri veriləcək.
Daha.az xəbər verir ki, hər iki milli brendin ortaq təşəbbüsü Qarabağın xalçaçılıq irsinə həsr olunmuş sikkə kolleksiyası ilə orijinal xalça nümunələrini birləşdirərək, ənənə və müasirliyi, keçmiş və bu günü qovuşduran mənəvi körpünün yaradılmasına xidmət edir.
Qeyd edək ki, UNESCO tərəfindən 15 il öncə qeyri-maddi mədəni irs kimi tanınan Azərbaycan xalçaçılıq sənəti öz milli dəyərlərini qoruyub saxlamaqla yeni və müasir inkişaf dövrünü yaşayır.




