İllər ötdükcə şöhrəti, dəyəri daha da artan heykəllər, sadəcə, sənət əsəri deyil, tarixin, mədəniyyətinin simvollardır.
Daha.az ən məşhur heykəlləri və onların tarixi haqqında məlumatı təqdim edir.
- David – Mikelancelo (1501‑1504, Florensiya)
Renesans dövrünün zirvəsi sayılan bu mərmər heykəl, təxminən, beş metr hündürlüyündədir və Davidin Qoliata qarşı mübarizə öncəsi düşüncəli anını təsvir edir. Anatomik dəqiqliyi və emosional ifadəsi ilə sənət tarixinin ən əhəmiyyətli heykəllərindən biri sayılır.
- Venus de Milo – Antioxlu Aleksandros (e.ə II əsr, Paris, Luvr)
Gözəllik və sirrin mükəmməl şəkildə vəhdətdə olduğu bu mərmər heykəlin hündürlüyü iki metrə yaxındır. Qollarının olmaması onu daha mistik və maraqlı edir. Sevgi ilahəsi Afroditanın heykəli ağ mərmərdən hazırlanmışdır.
- The Thinker (Düşünən adam) – Ogüst Roden (1904, Paris, Rodin muzeyi)
Bürünc və mərmər qarışığından hazırlanmış 1,85 metr ölçüsündə çılpaq kişi. Fəlsəfi düşüncənin ikonası – oturan və dərin fikrə getdiyi görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Bir çox versiyası dünyada yayılsa da, orijinalı Parisdədir.
- The Great Sphinx of Giza (Gizanın böyük sfenksi) (təxminən, e.ə 2500-cü il, Misir)
Şir bədənli və firon üzlü bu nəhəng daş heykəl qədim Misir sivilizasiyasının gücünü, hikmətini və mistikasını təmsil edir.
- Moai heykəlləri – Pasxa Adası (1400–1600, Rapa Nui xalqı)
Çilinin 3600 km qərbində Pasxa adasında olan bu daş heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni deyir. Kişi fiqurlu heykəllər Moai Kavakava qadın fiqurlu heykəllər isə Moai Pepe adlanır.
- Terracotta Army (Terrakota ordusu və ya Torpaq heykəllər) – Çin (təxminən, e.ə 210-cu il Xuandi)
İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan torpaq heykəllər toplusudur. Ordunun “ilklərin imperatoru” olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılır. Hər bir fiqur unikal detala malikdir və dövrün böyük sənət nümunəsidir.
- Christ the Redeemer (İsa Məsihin heykəli) – Paul Landovski, Heitor da Silva Costa (1931, Rio de Janeyro)
38 metr hündürlüyü olan İsa heykəli Korkovado dağında yerləşir. Sülh və birliyin simvolu olaraq tanınır və Braziliyanın əsas mədəni nişanələrindən biridir. Heykəl beş ilə hazırlanıb və açılışı 1931-ci ildə olub. Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilir.
- Statue of Liberty (Azadlıq heykəli) – Frederik Bartoldi (1886, New York)
Azadlıq və demokratiyanın rəmzi olan bu abidə ABŞ‑ın simvoluna çevrilmişdir. 93 m‑lik hündürlüyü ilə hər il milyonlarla mühaciri qarşılayan bu neoklassik heykəl Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış və 1886-cı ildə fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir.
- Manneken Pis (İşəyən uşaq) – Brüssel (17‑ci əsr, Belçika)
Kiçik ölçüsünə baxmayaraq, Brüssel folklorunun məşhur simvoludur: bir uşağın fontanın üstünə işədiyini təsvir edir. Gülməli olsa da, şəhər üçün diplomatik və simvolik əhəmiyyətə malikdir.
- Apollo and Daphne (Apollon ve Dafni) – Bernini (1625, Roma, Borgeze gallereyası)
Yunan mifologiyasından gələn bu dinamik heykəlin müəllifi Gian Lorenzo Berninidir. Sənətkar heykəli tək bitirə bilməyib, Dafninin insandan ağaca çevrilməyini göstərən ağac kötüyü və budaqları, həmçinin küləkdə uçan saçları Finellinin köməyi ilə tamamlamışdır.
Bu heykəllər yalnız sənət əsərləri deyil, onlar bəşəriyyətin tarixini, ideallarını, inancını və yaradıcılığını daşıyan mədəni izlərdir. Hər biri öz dövrünü və mədəni dəyərlərini dünya səviyyəsində təmsil edir.