Azadlıq heykəli “yeni kimlikdə”

Amerikalı rəssam Emi Şeraldın Azadlıq heykəlini qaradərili trans qadın kimi yenidən təsvir etdiyi “Trans Forming Liberty” adlı əsər birmənalı qarşılanmayıb. 

Daha.az xəbər verir ki, əsər ilk olaraq Smithsonian Milli Portret Qalereyasında nümayiş olunmalı idi. Lakin rəsm əsərinin ABŞ Prezidenti Donald Trumpı qıcıqlandıra biləcəyi ehtimalı ilə sərgiyə daxil edilməməsi tövsiyə edilib. Qeyd edək ki, Trump bu ilin əvvəlində yalnız iki cinsin – kişi və qadının tanındığı bir icra sərəncamı imzalamışdı. Şerald bu təzyiqləri “senzura mədəniyyəti” adlandıraraq sərgini tamamilə ləğv edib.

Hazırda əsər Nyu-Yorkdakı Whitney Muzeyində nümayiş etdirilir. Rəssam əsərində heykəli qaradərili, trans qadın kimi təsvir edir. Onun əlində məşhur məşəl əvəzinə ümid və sevincin simvolu olan gerbera çiçəkləri var. Model isə canlı rəngli paltarda, neon saçlarla, sakit və güclü bir duruşda təqdim olunub.

Şerald bildirib ki, bu əsər “insanlığı siyasiləşdirilmiş və gözardı edilmiş” fərdləri ifadə edir. Onun bu yanaşması, əslində, Azadlıq heykəlinin orijinal mesajı, yəni “sığınacaq axtaranlara qapılarını açan” ilə uyğunluq təşkil edir.

Qeyd edək ki, 1886-cı ildə açılışı olan Azadlıq heykəli də ilk gündən tənqidlərə məruz qalmışdı.

 

 

OXŞAR XƏBƏRLƏR