Azərbaycandan Türkiyəyə 600 kitab

Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən Türkiyənin Tokat vilayətinin Rəşadiye rayonunda açılan kitabxanaya 600 nəşr hədiyyə edilib.

Daha.az xəbər verir ki, hədiyyə olunan kitablar Reşadiyenin ən ucqar kəndlərindən olan Demircilidə oxuculara təqdim edilib.

Qeyd edək ki, 30 Avqust – Zəfər Bayramı münasibətilə açılan, Demircili Bələdiyyəsinin nəzdində fəliyyət göstərəcək kitabxanaya hədiyyə edilən nəşrlər arasında Azərbaycan və ümumtürk ədəbiyyatı, mədəniyyəti, dili və tarixini əhatə edən nümunələr, eləcə də dünya ədəbiyyatı, bədii oxu materialları, riyazi biliklər və məntiqi zəkanı inkişaf etdirən kitablar yer alır.

OXŞAR XƏBƏRLƏR