“Azərbaycançılıq məfkurəsi” – çapdan edilib

“Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici işıq üzü görüb. AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxan nəşr “Konstitusiya və Suverenlik İli”nə həsr olun­ub.

Daha.az xəbər verir ki, kitabda Azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. toplanılıb. Burada materiallar il­lər üz­rə və əlif­ba sı­ra­sı ilə ve­ril­ib.

Nəşr XX əs­­rin əv­­vəl­­lə­­rin­­dən eti­­ba­­rən mil­­li ədə­­bi-ic­­ti­­mai fi­ki­r­də əsas yer tut­­muş, müs­­tə­­qil­­li­­k il­­lə­­rin­­də isə Azər­­­bay­­­can ta­­ri­­xin­­də ilk də­­fə ola­­raq döv­­lət ide­o­­lo­­gi­­ya­­sı sə­­viy­­yə­­si­­nə qal­­dı­­rıl­­mış­­ və dün­­ya azər­­bay­­can­­lı­­la­­rı­­nın mil­­li-mə­­nə­­vi bir­­li­­yi­­nin rəm­­zi­­ olan Azərbaycançılığa, eləcə də “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfədir.

Azərbaycan, rus və digər dillərdə materialların yer aldığı biblioqrafik göstərici el­mi təd­qi­qat­çı­lar və ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­ub.

OXŞAR XƏBƏRLƏR