Azərbaycan-Yaponiya elmi-mədəni əlaqələri “Expo Osaka”da

Osaka şəhərində keçirilən “Expo 2025″ dünya sərgisindəki Azərbaycan pavilyonunda Azərbaycan-Yaponiya elmi-mədəni əlaqələrinə həsr olunmuş təqdimat təşkil edilib.

Daha.az xəbər verir ki, tədbirin əsas məruzəçisi Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan-Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” mövzusunda çıxış edib.

Həmçinin Azərbaycanın Yaponiya ilə elmi-mədəni əlaqələrinin tarixi mərhələləri, müstəqillik dövründə keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər və birgə nəşrlərdən bəhs olunub.

Tədbir iştirakçılarının Azərbaycan mədəniyyəti və elminin istiqamətləri, Yaponiya ilə elm sahəsində əməkdaşlıq, qarşılıqlı maraqlar və yeni layihə imkanları barədə sualları cavablandırılıb.

Tədbirin mədəni hissəsində Azərbaycan mədəniyyətinin Yaponiyada təbliğatçısı Minarə Şükürova milli geyimlərimiz, musiqimiz və rəqslərimiz haqqında təqdimat edib.

Qeyd edək ki, Azərbaycanın xüsusi pavilyonla təmsil olunduğu “Expo Osaka” oktyabrın 13-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR