ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində ənənəvi Türk Festivalı keçirilib.
Daha.az xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər türkdilli dövlətlər və xalqların çadırları quraşdırılıb.
Çadırlarda əsasən Vaşinqton ətrafında yaşayan türkdilli xalqların təmsilçilərinin əl işləri, fəaliyyət sahələri, xalqlara məxsus incəsənət nümunələri, o cümlədən, onlara məxsus milli təamları nümayiş olunub.




