Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Frankfurt Beynəlxalq Kitab Sərgisində geniş pavilyonla təmsil olunub.
Daha.az xəbər verir ki, pavilyonda ölkəmizin tanınmış yazıçı və şairlərinin əsərləri, müasir Azərbaycan nəşrləri, uşaq ədəbiyyatı nümunələri, həmçinin milli mədəniyyət və irsimizi əks etdirən nəşrlər ziyarətçilərin diqqətinə təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin nümayişləri, təqdimatlar və beynəlxalq görüşlər keçirilib. Xarici nəşriyyat nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində yeni razılaşmalar əldə edilib.
Qeyd edək ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi dünyanın 100-dən çox ölkəsindən 4 mindən artıq iştirakçını bir araya gətirən, qlobal kitab sənayesinin əsas hadisələrindən biri hesab olunur. A




