Azərbaycan Rusiyada keçiriləcək “İnterviziya” müsabiqəsində iştirak etməyəcək.
Daha.az xəbər verir ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi (XİN) “İnterviziya”da iştirak edəcək ölkələrin siyahısını dərc edib.
Rusiya XİN-in Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinin direktoru Aleksandr Alimov tədbirdə 21 ölkənin iştirak edəcəyini bildirib.




