Ay Yerdən uzaqlaşır

Ay hər il, təxminən, 3,8 santimetr Yerdən uzaqlaşır. Bu məsafə Ay səthinə qoyulan güzgülərə lazer şüaları göndərilərək dəqiqliklə ölçülür. Qabarma-çəkilmə hadisəsindəki sürtünmələrdən ötəri Yer kürəsinin öz ətrafındakı dönmə sürəti də azalır. Beləcə, günlər yavaş-yavaş uzanır. Milyonlarla il əvvəl günlər daha qısa idi, məsələn, 70 milyon il əvvəl bir gün 23,5 saat çəkirdi.

Daha.az xəbər verir ki, uzun müddət sonra Yer ilə Ay arasındakı qabarma-çəkilmə prosesi kilidli vəziyyətə düşə bilər. Bu halda Yer yalnız bir tərəfdən – Aydan görünəcək və Ayın uzaqlaşması dayanacaq. Amma bundan əvvəl, təxminən 1 milyard il sonra Günəşin istiliyi okeanları buxarlandıracaq, qabarma-çəkilmə prosesinin təsiri yox olacaq. Uzaq gələcəkdə isə Günəş “qırmızı nəhəng” mərhələsinə keçərək həm planetimizi, həm də Ayı məhv edəcək.

Mütəxəssislər vurğulayırlar ki, bu dəyişikliklər yalnız uzaq gələcəkdə baş verəcək. Bu gün isə Ayın uzaqlaşması yalnız xüsusi elmi ölçmələrlə hiss oluna bilər.

OXŞAR XƏBƏRLƏR