Qüdsdə aparılan arxeoloji qazıntılarda İncildə keçən bir fəlakət xəbərdarlığıyla əlaqəli ola biləcəyi düşünülən 2600 illik gil möhür tapılıb.
Daha.az xəbər verir ki, Birinci Məbəd dövrünə aid olan möhürün üstündə antik İbranicə “Asayahunun oğlu Yedayaya aid” yazısı var.
Daha da diqqət çəkəni isə möhürün üstündə hələ də görülən bir barmaq izinin olmasıdır. Mütəxəssislər bu barmaq izinin əsl sahibinin köhnə tədqiqatçıya aid ola biləcəyini düşünür.
Tədqiqatçılara görə, möhürdəki ad Yəhuda Kralı Yoşiya ilə bağlı ola bilər.
Layihənin rəhəbərlərindən olan arxeoloq Zaçi Dvira “The Times of İsrael”ə verdiyi açıqlamada deyib: “Az qala, hər hərf aydın şəkildə oxunur.”




