Antik şəhərdəki 2000 illik ayaq izi

Türkiyənin Burdur vilayətinin Ağlasun rayonunda yerləşən Saqalassos antik şəhərində 2 min il əvvələ aid qadına məxsus olduğu güman edilən ayaq izi aşkar edilib.

Daha.az xəbər verir ki, UNESCO-nun Müvəqqəti Dünya İrsi Siyahısında yer alan Saqalassosda gil kərpic üzərində ayaqqabı izi tapılıb.

Bu tapıntı qadınların antik dövrdə mismarlı ayaqqabı geyindiyini və ictimai həyatda fəal olduqlarını göstərir. Ayaqqabının ölçüsünün, təxminən, 37 olduğu və uzun, incə formaya malik olduğu bildirilib.

Mikroskopla aparılan araşdırmalarda uzun mismarların ayaqqabının yanlarında, qısaların isə alt hissəsində yerləşdiyi müəyyən olunub. Arxeoloqlar yaxın zamanda qədim dəri ayaqqabının bərpasını planlaşdırırlar.

Qeyd edək ki, bu nadir tapıntı Roma dövründə kənd həyatında istifadə edilən ayaqqabıların formasını və sosial həyatın bəzi detallarını öyrənmək baxımından mühüm hesab olunur.

OXŞAR XƏBƏRLƏR