“Anladım. Tanıdım. Yaşadım” – Fazil Mustafadan yeni kitab

Azərbaycan ictimai-siyasi fikir həyatında özünəməxsus yeri olan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çıxıb. “Anladım. Tanıdım. Yaşadım” adlı bu əsər müəllifin həm öz yaşam təcrübəsini, həm də milli-mədəni düşüncə axtarışlarını əhatə edir.

Daha.az xəbər verir ki, kitab müəllifin müxtəlif vaxtlarda qələmə aldığı esselərdən ibarətdir. Kitabda Fazil Mustafanın oxuduğu, öyrəndiyi, tanıdığı və birgə mübarizə apardığı şəxsiyyətlər haqqında düşüncələri təqdim olunur. Əsər xatirə və publisistik mətnlər toplusu olmaqla yanaşı, həm də düşüncə panoramı, millət və cəmiyyət fəlsəfəsinin aydın mənzərəsidir.

Qeyd edək ki, kitab üç əsas bölmədən ibarətdir:

“Anladım” – müəllifin tarixdə və mədəniyyətdə dərin iz qoymuş şəxsiyyətlər haqqında esseləri;

“Tanıdım” – müəllifin şəxsən tanış olduğu və yaxından müşahidə etdiyi ədiblər, sənətkarlar, ictimai-siyasi və dövlət xadimləri ilə görüşləri, fikir mübadilələri;

“Yaşadım” – Fazil Mustafanın öz həyat yoluna, ideoloji mövqeyinə və mənəvi dünyasına səmimi baxışıdır.

 

OXŞAR XƏBƏRLƏR