“The Twisted Tale of Amanda Knox” (“Amanda Noksun qarışıq nağılı”) adlı yeni mini-serial Hulu və Disney+ platformalarında yayımlanmağa başlayıb.
2007-ci ildə İtaliyada qətlə yetirilmiş britaniyalı tələbə Meredit Kerçerin cinayət işi əsasında çəkilən serial Amanda Noksun baxış bucağından təqdim olunur.
Daha.az xəbər verir ki, Noks və o dövrdəki sevgilisi Rafael Sollesito bu qətldə günahlandırılaraq əvvəlcə həbs olunmuş, lakin daha sonra dəlil çatışmazlığına görə məhkəmə qərarı ilə azadlığa buraxılmışdı. Əsl cinayətkar Rudi Guede isə 13 ilini həbsdə keçirmişdi.
Serial Amanda Noksun yaşadığı ədalətsizliyi və media tərəfindən ləkələnməsini ön plana çıxarır. Lakin tənqidçilərə görə, bu cür təqdimat hadisənin əsas mahiyyətini – yəni Meredit Kerçerin həyatını və ölümünü kölgədə qoyur.
Serialın tərzi də mübahisələr doğurub: Bəzi səhnələrdə qəhrəmanlar zarafat edir, gerçəklə uyğun gəlməyən fantaziya elementlərindən istifadə olunur. Tənqidçilərin fikrincə, bu üslub cinayət işinin mahiyyətinə yaddır.
“Amanda Noksun” məqsədi Kerçerin adını təmizləmək və Guedenin əsas günahkar olduğunu xatırlatmaq olsa da, mərhumun ailəsi serialı uğursuz hersab edir.